Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan MR üzrə İdarəsinə məktub yazmaq qaydaları

Çap

AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PPALATASI NAXÇIVAN MR üzrə İDARƏSİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

  1. Naxçıvan Muxtar Respublikası Hesablama Palatasının rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan MR üzrə İdarəsinın məktublar şöbəsinə daxil olur və“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
  3. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  4. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  5. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  6. Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
    • Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
    • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
    • Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan MR üzrə İdarəsinin E-mail: ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
Naxçıvan şəhəri, AZ 7000, C. Məmmədquluzadə, Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan MR üzrə İdarəsi.

İqtisadi İnkişaf Nazirliyi